BMU əməkdaşları Laçın rayon Çıraqlı kənd tam orta məktəbində şagirdlərlə görüşüb

03 Fevral 2023
BMU əməkdaşları Laçın rayon Çıraqlı kənd tam orta məktəbində şagirdlərlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin əməkdaşları Laçın rayon Çıraqlı kənd tam orta məktəbində XI sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşdə adıçəkilən fakültənin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev və Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev şagirdlər qarşısında geniş təqdimatla çıxış ediblər.

Təqdimatlarda elektron ali təhsil müəssisəsi olan BMU-nun tədris mühiti, o cümlədən kafedra və laboratoriyaların fəaliyyəti, tələbələrin bacarıq və istedadlarının inkişaf etdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılmış hərtərəfli şərait barədə məlumat verilib. Eyni zamanda, universitetdə yaradılan yeni ixtisaslar, ingilis dilində tədris, beynəlxalq ikili diplom proqramı və s. haqqında zəruri informasiyalar diqqətə çatdırılıb.

Görüş zamanı Çıraqlı kənd tam orta məktəbinin 4 məzununun hal-hazırda BMU-da təhsil alması xüsusi vurğulanıb.

Tədbir məktəblilərin unverisitetlə bağlı suallarının çavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər