BMU əməkdaşının məqaləsi İngiltərədə dərc olunub

25 Aprel 2020
BMU əməkdaşının məqaləsi İngiltərədə dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu məqalə İngiltərənin Energy Sources, Part B: Economics, Planning and Policy” jurnalında (2020-ci ilin 2-ci sayı, 15-ci buraxılışı) nəşr edilib.

“Environmental consequences of tourism: do oil-exporting countries import more CO2 emissions?” adlı məqalədə Azərbaycan iqtisadiyyatı nümunəsində “Ətraf Mühit Kuznets Əyrisi” hipotezinin varlığı və turizm fəaliyyətlərinin CO2 emmissiyası üzərində təsirləri 1995-2013-cü illərə aid statistik məlumatlardan istifadə edilərək FMOLS metodu vasitəsi ilə təhlil edilib. Məqalənin nəticələrinə görə Azərbaycanda turizm fəaliyyətlərinin ətraf mühiti çirkləndirdiyi və “Ətraf Mühit Kuznets Əyrisi” hipotezinin mövcud olmadığı ortaya çıxıb. Tədqiqatın nəticələri əsasında turizm fəaliyyətlərinin ətraf mühit üzərində mənfi təsirlərini azaltmaq istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Məqalənin tam mətnini https://www.tandfonline.com/doi/full/10.1080/15567249.2020.1753856 linki vasitəsilə oxumaq olar.

Qeyd edək ki, bu məqalə Ş.Muxtarovun 2020-ci ildə “Web of Science” və “Scopus” kimi nüfuzlu məlumat bazalarında indekslənən jurnallarda nəşr olunan sayca 5-ci məqaləsidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər