BMU əməkdaşı “British Council” tərəfindən sertifikatla təltif edilib

15 Aprel 2025
BMU əməkdaşı “British Council” tərəfindən sertifikatla təltif edilib

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkının əməkdaşı Nərmin İsmayılova “British Council”un təşkilatçılığı ilə keçirilən “Researcher Connect Online” təlim proqramında uğurlu iştirakına görə sertifikatla təltif olunub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyində keçirilən tədbirdə BMU əməkdaşına sertifikatı səfir Fergus Auld və “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva təqdim ediblər.

Dünyanın nüfuzlu universitetlərinin peşəkar mütəxəssisləri tərəfindən aparılan onlayn təlim gənc tədqiqatçıların beynəlxalq və multikultural akademik mühitlərdə effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Elmi müstəvidə əlaqələrin möhkəmlənməsinə və təcrübə mübadiləsinə xidmət edən proqram tədqiqatçıların fərdi məhsuldarlığını artırır, habelə çalışdıqları ali təhsil ocaqlarına və elmi-tədqiqat qurumlarına rəqabət üstünlüyü qazandırır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər