BMU DTKTM ilə Türk Standartları İnstitutu arasında görüş keçirilib

30 Noyabr 2021
BMU DTKTM ilə Türk Standartları İnstitutu arasında görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi (DTKTM) ilə Türk Standartları İnstitutunun (TSE) Azərbaycandakı təmsilçiliyi arasında görüş keçirilib.

Tərəflər universitetlərdəki mövcud keyfiyyət siyasətinin idarə olunması, TSE-nin ali təhsil ocaqları üçün təlim proqramları, eləcə də pandemiya dönəmindən sonra təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.

ISO 9001/2301 standartları və onların tətbiqi qaydaları ilə bağlı müzakirələrlə davam edən görüşdə, həmçinin TSE-nin BMU-da qurulması planlaşdırılan keyfiyyət idarəetmə sistemi ilə əlaqədar keçirilən təlim və seminarlar üçün tələb olunan şərtləri də nəzərdən keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər