BMU dosentinin müəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc olunub

15 Yanvar 2021
BMU dosentinin müəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gülün müəllifi olduğu “Ədəbiyyatda simvol. Azərbaycan xalq əfsanələrindən Oskar Uayldın “Qızılgül və bülbül” hekayəsinə mətnlərarası yolçuluq” adlı məqaləsi beynəlxalq jurnalda dərc olunub.  

“Disiplinlerarası dil və edebiyyat çalışmaları” (Interdisciplinary language and literature studies) jurnalında çap edilən məqalədə ingilis yazıçısı Oskar Uayldın “Qızılgül və bülbül” hekayə-nağılının motiv baxımından qədim Azərbaycan əfsanələri ilə üst-üstə düşməsindən bəhs olunur. Burada mətnlərarası əlaqələr metodu ilə Azərbaycan xalq əfsanələri və ingilis  yazılı ədəbiyyatı arasındakı oxşar və fərqli məqamlar təhlil edilib, motiv və simvolun  fərqli, eyni zamanda bir-birini tamamlayan bədii texniki vasitə olduğu vurğulanıb. Məqalədə, həmçinin simvollar əsasında intertekstual təhlil də aparılıb.

Qeyd edək ki, bir müddət öncə Ə.Gül Osmaniye Korkut Ata Universitesi”nin onlayn təşkil etdiyi “2-ci beynəlxalq dil və ədəbiyyat simpoziumu”na qatılıb. Moderatoru olduğu simpoziumda Ə. Gül eyniadlı məruzə ilə çıxış edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər