Bakı Mühəndislik Universtetində Memarlıq və İnşaat kafedrasının Dizayn ixtisası üzrə təhsil alan tələbələrin sərgisi keçirilib. Sərgidə tələbələrin bir ay müddətində “Dizaynın əsasları 2” və “Konstruktivləşdirmənin əsasları 1” fənlərindən hazırladıqları məkan düzənləmələrinə aid 3D heykəllər və sənət yönümlü əsərləri izləyicilərə təqdim olunub.
Sərginin açılışında Memarlıq və İnsaat kafedrasının müdiri, professor Sabir Orucov müasir dövrdə Dizayn ixtisasının mahiyyəti və vacibliyi barədə ətraflı məlumat edib. O, BMU-da yeni açılan Dizayn ixtisasının tələbələrinin yüksək səviyyədə sərgi təşkil etmələrinin sevindirici hal olduğunu qeyd edib.
Qeyd edək ki, sərgi Memarlıq və İnsaat kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fələfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə həyata keçirilir. Sərginin əsas məqsədi dizayn ixtisasında oxuyan tələbələrin həyata, əşyalara və formalara fərqli yöndə baxaraq və ərsəyə gətirdikləri əsərləri ictimaiyyətə təqdim etməkdir.
Sərgi 24 Apreldən - 2 May tarixinə qədər davam edəcək.