BMU-da xarici mütəxəssisin iştirakı ilə təlim təşkil olunub

22 Yanvar 2025
BMU-da xarici mütəxəssisin iştirakı ilə təlim təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin müəllim və tələbələri üçün Data analitika ilə bağlı təlim keçirilib.

Təlimə onlayn qoşulan Çin Xalq Respublikasının Ningxia Politexnik Universitetinin magistr məzunu, süni intellektin tətbiqi ilə bağlı elmi tədqiqatlar aparan, elmi ixtiralarına görə 6 patent müəllifi Cao Mengchuan “Python Data Analizinə Giriş”, “Pandas Məlumat Strukturu” haqqında iştirakçılara geniş məlumat verib.

Təlim zamanı data analitika proqramları, məlumatların təhlili prosesi, data elmləri ilə data analitikası arasındakı fərqlər, proqramlaşdırma dillərindən biri kimi tanınan Pythonun ən çox istifadə olunduğu sahələrdən bəhs edilib. Eləcə də məlumatların emalı və idarə edilməsində Python kitabxanası Pandasın güclü strukturlar və alətlər vasitəsilə geniş imkanları ətraflı izah olunub. Verilənlər üzərində bir çox əməliyyatları asanlıqla yerinə yetirmək üçün Pandasın rolu, həmçinin Pandasda DataFrame yaratmağın müxtəlif üsulları diqqətə çatdırılıb.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər