BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən təşkil olunan dərslərin növbəti təlimçisi HR-OPTİON şirkətinin direktoru, Avrora şirkətinin müşaidə şurasının üzvü Xaqani Səfərov tərəfindən keçirilib. Universitetin əməkdaşı Vasif Fərəcov tələbələrə Xaqani Səfərovu təqdim edib.
X.Səfərov 3-cü kurs tələbələrinə “Əmək haqqı sisteminin qurulması” mövzusunda ustad dərsləri verib. Tələbələrin mövzu ilə əlaqəli suallarını cavablandırıb.