Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Biznes Klub”un təşkilatçılığı ilə “Uğurun formulu” adlı təlim keçirilib.
Tədbirdə biznes sahəsi üzrə tanınmış mütəxəssis, “Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyev tələbələr qarşısında qeyd olunan mövzuda təqdimatla çıxış edib. O, təqdimatında gənclərin inkişafında və gələcək karyera həyatında uğur qazanmağın yollarını nəzərə çatdırıb.
Öz şəxsi təcrübələrini bölüşən təlimçi bilik, bacarıq, ünsiyyət və zamanın düzgün idarə olunmasının əhəmiyyətini vurğulayıb, müvəffəqiyyətə çatmaq üçün diqqət ayrılması vacib addımlardan bəhs edib.
Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi