Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsində 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sərgi təşkil olunub. Sərgidə Memarlıq və şəhərsalma, Dizayn kafedraları tələbələrinin əl işlərindən ibarət əsərlər nümayiş etdirilib.
Sərgiyə baxış zamanı Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının müəllimi Rasim Qurbanov maketlərin ifadə etdikləri məna və anlayışlar, “FZ Akademiya”nın müəllimi Fəzail Zəkəriyyə isə sərgidə nümayiş olunan "Vətənim kimiyəm", “Qığılcım” adlı fərdi əsərləri haqda ətraflı məlumat verib.
Ziyarətçilərin yüksək maraqla qarşıladığı sərginin sonunda fəallığı ilə seçilən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi