BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib

16 May 2019
BMU-da "Kapital bazarları – master-klass" təlimi keçirilib

   Bakı Mühəndislik Universitetində Bakı Fond Birjası (BFB) tərəfindən "Bilik mübadiləsi" layihəsi çərçivəsində "Kapital bazarları – master-klass" təlimi keçirilib. Universitetin Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov qonaqları tədbir iştirakçılarına təqdim edib və təlimin mahiyyətindən danışıb.

    Təlimdə BFB-nin nümayəndələri maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, eləcə də IPO mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış ediblər.

   Qeyd edək ki, təlimlər "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq ölkəmizdə sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi və gənclər arasında bu sahəyə marağın artırılması məqsədi daşıyıb.

    Sonda təlimdə iştirak edən tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

 

Digər xəbərlər