Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Performans dəyərləndirməsi” mövzusunda təlim keçirilib.
BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Maliyyə ixtisasının 3-cü kurs tələbələrinin iştirak etdiyi təlimdə SOCAR-ın İnsan Resursları departamentinin mütəxəssisi Vüsal Nuriyev iş prosesində rastlaşdığı hadisələri və təcrübələrini bölüşüb.
İnteraktiv keçən görüşdə Vüsal Nuriyev tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.
Qeyd edək ki, SOCAR-ın İnsan Resursları departamentinin mütəxəssisi Vüsal Nuriyev BMU-nun bakalavr məzunudur.