Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilində magistratura səviyyəsində İdarəetmədə informasiya sistemləri ixtisası üzrə (ingilis bölməsi) təhsil alan magistrantların dissertasiyalarının müdafiəsi keçirilib.
Onlayn təşkil olununan müdafiə prosesində 1-i xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6 tələbə öz dissertasiya mövzularını müdafiə ediblər.
Təqdimatları ilə çıxış edən magistrantlar komissiya üzvlərinin suallarını yüksək səviyyədə cavablandırıblar.
Sonda komissiyanın qərarı ilə cavablar dəyərləndirilib, 5 tələbə əla və 1 tələbə isə çox yaxşı qiymətə layiq görülüblər.
İctimaiyyətlə əlaqələr şöbəsi