Aprelin 24-də Bakı Mühəndislik Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Universitet əməkdaşları arasında mini futbol turniri”nə start verilib.
Turnirin açılış mərasimində iştirak edən BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Həzi Qasımov universitetimizdə hər il keçirilən turnirin artıq ənənə halını aldığını qeyd edib. Bu cür idman tədbirlərinin təşkili müəllim və əməkdaşlarda yüksək əhval-ruhiyyə yaratdığını bildirən H. Qasımov, bu iş prosesində onların motivasiyasının artmasına da səbəb olduğunu diqqətə çatdırıb.
Yarışın ilk günündə “Mühəndislik fakültəsi” komandası ilə qarşılaşan “Mühasiblər” komandası 3-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd id