BMU-da magistraturaya 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

14 İyun 2024
BMU-da magistraturaya 20 ixtisas və 28 ixtisaslaşma üzrə qəbul aparılır

21-30 iyun 2024-cü il tarixlərində magistraturaya qəbul olmaq üçün ixtisas seçimi aparılacaq.  2024-2025-ci tədris ili üçün Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsində 20 ixtisas və 28 ixtisaslaşma üzrə 215 plan yeri ayrılıb. Onlardan 173-ü Azərbaycan, 42-si ingilis bölməsinin payına düşür.

BMU-nun MBA proqramında isə 13 ixtisaslaşma üzrə 270 yer nəzərdə tutulub. Proqram üzrə 240 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün ayrılıb.

Magistratura səviyyəsi üzrə ixtisasların tam siyahısı ilə https://beu.edu.az/az/page/magistratura-ixtisaslar-159/  linki vasitəsilə tanış olmaq mümkündür.

Elektron universitet idarəetmə sisteminə malik olan BMU-da magistraturada təhsil alan şəxslərin yüksəkixtisaslı mütəxəssis kimi yetişmələri üçün geniş imkanlar n son avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, müasir auditoriyalar, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlar), perspektivlər və yüksək səviyyəli elmi-pedaqoji kadrlar vardır.

Vurğulamaq vacibdir ki, universitetdə magistraturada təhsil alan tələbələrin yataqxana ilə təmin olunması üçün şərait yaradılır.

Bakalavrları BMU-da magistratura səviyyəsində təhsil almağa dəvət edirik!

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər