Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin “CyberClub BEU” klubunun təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda tələbələr üçün seminar keçirilib.
Tələbələrin kibertəhlükəsizlik üzrə praktik biliklərinin daha da dərinləşdirilməsi məqsədilə təşkil olunan seminarda fakültənin Kibertəhlükəsizlik laboratoriyasının müdiri Kamran Abdullazadə “Yeni başlayanlar üçün kiberhücum platformaları”, laboratoriyanın mütəxəssisi Mədin Qəhrəmanov isə “Kibertəhlükəsizlikdə müdafiə alətləri” mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda bu sahənin hazırkı problemləri, hücum və müdafiə texnologiyalarından ətraflı bəhs olunub, habelə kibertəhlükəsizlik alətləri və onların istifadə sahələri diqqətə çatdırılıb.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi