BMU-da Keyfiyyət Təmi̇natı Komi̇ssi̇yası yaradılıb

28 Aprel 2021
BMU-da Keyfiyyət Təmi̇natı Komi̇ssi̇yası yaradılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi universitetinin strateji planına əsasən mövcud fəaliyyət, xidmət və proseslərin keyfiyyətinin artırılması məqsədilə Keyfiyyət İdarəetmə Sisteminin hazırlanmasına başlayıb. Əsas hədəf təhsil, elm, idarəetmə və digər sahələrdə olan keyfiyyət göstəricilərini daha da yüksəltməkdir.

Qeyd olunan istiqamətdə işlərin səmərəliliyini artırmaq məqsədilə BMU-da ictimai əsaslarla fəaliyyət göstərəcək Keyfiyyət Təmi̇natı Komi̇ssi̇yası yaradılıb.

Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi, aparılan çoxşaxəli işlərə dəstək məqsədilə qurulmuş Keyfiyyət Təminat Komissiyası ilə birlikdə universitetin bütün struktur bölmələrində keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, keyfiyyətə nəzarət mexanizminin qurulması və təkmilləşdirilməsi, mövcud fəaliyyət, xidmət və proseslərinin keyfiyyətinin ölçülməsi, tədris prosesinin monitorinqi və keyfiyyətinin qiymətləndirilməsini həyata keçirəcək. Bununla yanaşı, sənədləşmələrin ISO standartlarına uyğunlaşdırılması, universitetdaxili fəaliyyət, xidmət və proseslərin ISO tərəfindən təyin olunmuş standartlar əsasında həyata keçirilməsi, Keyfiyyət İdarəetmə Sisteminin səmərəli tətbiqi, mövcud fəaliyyət, xidmət və proseslərin yaxşılaşdırılması, təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması kimi bir sıra zəruri fəaliyyətlər də icra olunacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər