Bakı Mühəndislik Universitetində (BMU) İsrailin Ariel Universitetinin Yaxın Şərq və politologiya fakültəsinin 25 nəfərlik professor və tələbə heyəti ilə görüş keçirilib.
Görüşdə BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova universitet haqqında təqdimatla çıxış edib və qonaqları maraqlandıran sualları cavablandırıb.
Aparılan müzakirələr zamanı gələcək əməkdaşlıq, tələbə və müəllim mübadiləsi kimi məsələlər nəzərdən keçirilib.
Sonra qonaqlar BMU-nun maddi-texniki bazası ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi