BMU-da informatika fənni üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib

17 İyun 2020
BMU-da informatika fənni üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) informatika fənni üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.

72 şagirdin iştirak etdiyi final mərhələsində iştirakçılara ümumilikdə 5 alqoritmik məsələ təqdim edilib  və onların həlli üçün 5 saat vaxt verilib. Şagirdlər 2 yarımqrupda yuxarı yaş qrupu və aşağı yaş qrupu üzrə yarışıblar.

Olimpiadanın nəticələri ilə https://olimpiada.edu.az/news/133-rfo-2020-qalibl%C9%99ri linki vasitəsilə tanış olmaq mümkündür.

İnformatika aşağı yaş qrupu

https://drive.google.com/file/d/1IY60i0PZZfx5xxT7KMBjkSIk8yncQ4Gt/view

İnformatika yuxarı yaş qrupu

https://drive.google.com/file/d/1hqPsM1XgU_bZk9JmOpl_FSy5uRxZN4JS/view

Olimpiada zamanı iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlıqlarının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər görülüb.  

Qeyd edək ki, informatika fənni üzrə Respublika fənn olimpiadasının aşağı yaş qrupu üzrə yarımfinal turu da fevral ayında BMU-da  təşkil olunub.  Müsabiqə IOI (Beynəlxalq İnformatika Olimpiadası) qaydaları əsasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlər arasında istedadlı şagirdlərin aşkar edilməsi və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi, həmçinin istedadı və hazırlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər