Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi Ləman Abdullazadənin rəhbərliyi ilə Dizayn ixtisası üzrə təhsil alan I kurs tələbələrinin ilk sərgisi keçirilib. Sərgidə tələbələrin bir ay müddətində “Dizaynın əsasları 1”, “Konstruktivləşdirmənin əsasları 1” fənlərindən hazırladıqları həndəsi elementlər və fiqurlardan qurulan 2d, həmçinin 3d kompozisiyalar nümayiş olunub.
Memarlıq və dizayn kafedrasının müdiri, professor Sabir Orucov qabiliyyət imtahanı vermədən Dizayn ixtisasına qəbul olan tələbələrin sərgi təşkil etmələrini sevindirici hal kimi qiymətləndirib və onlara uğurlar arzulayıb.
Sərgidə Mühəndislik fakültəsinin dekanı, dosent Afər Əlifov, dekan müavini Pərviz Məmmədov və kafedranın əməkdaşları da iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi