BMU-da GRE imtahanı təşkil olunub

12 Sentyabr 2024
BMU-da GRE imtahanı təşkil olunub

Sentyabrın 12-də Bakı Mühəndislik Universitetində (BMU) növbəti  GRE (Graduate Record Examinations) imtahanı təşkil olunub.

GRE imtahanı dünyanın ən böyük qiymətləndirmə proqramlarından biridir və bir çox xarici ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb edilir. Təqaüdlərin verilməsi zamanı da diqqət yetirilən göstəricilərdən biri olan GRE beynəlxalq imtahanı Təhsilin Qiymətləndirilməsi Xidməti (ETS - Educational Testing Service) tərəfindən idarə edilir və 160-dan çox ölkədə keçirilir.

İmtahanın nəticələri 2 həftəyə elan olunur və ETS-in saytında yerləşdirilir. GRE sertifikatı 5 il ərzində etibarlıdır.

Vurğulamaq vacibdir ki, xarici ölkələrdə təhsil almaq üçün tələb edilən dil və bacarıqları qiymətləndirən beynəlxalq imtahanların təşkilində uğurlu təcrübəyə malik olan BMU-da GRE ilə yanaşı, TOEFL iBT  və SAT  imtahanları da təşkil olunur.

Qarşıdakı dövr ərzində  keçirilməsi nəzərdə tutulan imtahanlarla bağlı məlumat almaq üçün eqarayev@beu.edu.az və ya iro@beu.edu.az email adreslərinə müraciət edə bilərsiniz.  

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər