BMU-da futbol üzrə final oyunu keçirilib

24 May 2019
BMU-da futbol üzrə final oyunu keçirilib

    Bakı Mühəndislik Universitetində tələbələr arasında idmanın müxtəlif sahələri üzrə yarışlar keçirilir. Bu yarışlar əsasən BMU Tələbə Həmkarlat İttifaqı və İdman Klubu tərəfindən həyata keçirilir.

  Bu gün 2018-2019-cu tədris ilində təşkil olunan futbol üzrə BMU daxili çempionatının final oyunu keçirilib. Finalda “Mexanika mühəndisliyi” komandası ilə “Komputer mühəndisliyi” komandası qarşılaşıb. Çempionat ərzində yüksək səviyyəli oyun nümayiş etdirən və çempion olacağı deyilən “Komputer mühəndisliyi” komandası finalda 0-1 hesabı ilə uduzub. Qalib olan  “Mexanika mühəndisliyi” komandası təşkilatçılar tərəfindən kubok və fəxri fərmanla təltif olunub.

   Yarışların keçirilməsi zamanı maraqlı məqamlardan biri də hakimlərin universitet tələbələrindən seçilməsidir. Futbol üzrə keçirilən yarışın final oyununu Dünya iqtisadiyyatı ixtisasının 2-ci kurs tələbəsi Məmmədəli Nasir idarə edib.

Digər xəbərlər