BMU-da Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib

11 Sentyabr 2025
BMU-da Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının 2025-2026-cı tədris ili üçün ilk iclası keçirilib.

Şuranın sədri, rektor Yaqub Piriyev gələn həftə yeni tədris ilinin başlanacağını xatırladaraq bu münasibətlə iclas iştirakçılarına təbriklərini çatdırıb. Qarşıda universitetin daha da inkişafı üçün mühüm vəzifələrin dayandığını vurğulayan rektor tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüləcək işlərə, strateji hədəflərə toxunub.

Sonra gündəliyə uyğun olaraq  “Yay imtahan sessiyasının nəticələri və tədrisin müasir səviyyədə təşkili yolları”, “2025-ci ilin tələbə qəbulunun yekunları və 2026-cı il üçün qəbul planı üzrə təkliflər” məsələləri ilə bağlı  hesabatlar dinlənilib.  Hər bir hesabat ətrafında  geniş müzakirələr aparılıb, Elmi Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla hesabatlar qənaətbəxş sayılıb.

Ardınca bəzi struktur dəyişikliklərin aparılması, universitetin iki əməkdaşının elmi ad almaq üçün sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi, həmçinin bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.   

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda sədr Yaqub Piriyev universitetin struktur rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələr verib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər