Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
BMU-nun rektoru, Elmi Şuranın sədri Yaqub Piriyev Novruz, eləcə də qarşıdan gələn Ramazan bayramları münasibətilə səmimi təbriklərini çatdırıb. Ardınca gündəlikdə dayanan məsələləri açıqlayıb.
Gündəliyə uyğun olaraq “BMU-da təlim-tərbiyə və tələbə gənclər təşkilatları ilə görülən işlərin vəziyyəti”, həmçinin “Müəssisələrlə əlaqələr və karyeranın inkişafı istiqamətində görülən işlərin nəticələri” ilə bağlı hesabatlar dinlənilib. Hər bir hesabat ətrafında ayrıca müzakirələr aparılıb. Hesabatlar Elmi Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla qənaətbəxş sayılıb.
Sonra iclasda “Əcnəbi doktorantların fəlsəfə doktorluğu üzrə dissertasiya mövzusu və elmi rəhbərinin təsdiq edilməsi” və “Antiplagiat sistemi üzrə qaydalar” müzakirə olunub. Hər iki məsələ ilə bağlı müsbət qərar verilib. Eyni zamanda iclasda təşkil olunan səsvermənin nəticələrinə əsasan, 1 əməkdaşın professor, 2 əməkdaşın isə dosent elmi adı almaq üçün sənədlərinin AAK-a göndərilməsi məsələsi haqda qərar qəbul edilib.
Sonda sədr Yaqub Piriyev müzakirə olunan məsələlərlə bağlı struktur rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələr verib.
İctimaiyyətlə əlaqələr şöbəsi