BMU-da doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanları keçirilib

13 Sentyabr 2023
BMU-da doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanları keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) doktoranturaya qəbul olmaq  üçün ixtisas fənnindən qəbul imtahanları keçirilib.

Öncə BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Mahir Bəşirov imtahan qaydaları haqqında ümumi məlumat verib və iddiaçılara uğurlar arzulayıb.

Qəbul qaydalarına uyğun olaraq iddiaçılara sualları yazılı cavablandırmaq üçün vaxt verilib. Cavablar yaradılmış imtahan komissiyası tərəfindən qiymətləndirilib və nəticələrə əsasən müvəffəq qiymət almış iddiaçılar BMU-nun doktorantura səviyyəsinə qəbul ediliblər.

BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov qəbul olmuş doktorantları təbrik edib. Universitetdə ümumi tədris prosesinin təşkili haqqında zəruri məlumatları nəzərə çatdıran prorektor, həmçinin elmi fəaliyyətlə bağlı məsələlərə toxunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər