Bakı Mühəndislik Universitetində (BMU) distant təhsil və keyfiyyətin təminatı sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi yaradılıb.
Mərkəzin fəaliyyətinin əsas məqsədi BMU-da əyani/distant təhsilin və təhsilə dəstək verən bütün xidmət sahələrinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vəzifələrinin həyata keçirilməsi sahəsində monitorinqlərin aparılması, bu sahədə risklərin qiymətləndirilməsi, həmçinin fəaliyyətlərin effektivliyinin artırılması istiqamətində xidmətlərin və tədbirlərinin həyata keçirilməsini təmin etməkdir. Mərkəz, eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarına əsaslanan distant təhsilalma fоrması üzrə tədris prosesinin təşkilinə dəstək verməklə yanaşı, onun keyfiyyətinə nəzarət edəcək və monitorinqlər həyata keçirəcək.
Mərkəzin missiyası universitetin keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan əyani/distant təhsil sistemi formalaşdırmaq, müasir dövrün tələblərinə uyğun bilik bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışını təmin etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi