BMU-da “Dayanıqlı maliyyə” adlı seminar keçiriləcək

04 Mart 2021
BMU-da “Dayanıqlı maliyyə” adlı seminar keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı maliyyə” adlı seminar keçiriləcək.

Seminarda dayanıqlı inkişaf problemləri - məhdudiyyətlər və fürsətlər, firmaların məqsədləri, dayanıqlı biznes modelləri, həmçinin bankçılığın əsas prinsipləri barədə danışılacaq.

Seminarın qonağı bu sahə üzrə beynəlxalq məsləhətçi-ekspert Elşən Rüstəmovdur. Mühazirəçi iqtisadiyyat, beynəlxalq inkişaf və strateji dayanıqlı inkişaf üzrə Azərbaycan, Böyük Britaniya, İsveç universitetlərində ali təhsil alıb, həmçinin dünyanın digər inkişaf etmiş dövlətlərində müxtəlif ixtisasartırma kurslarında iştirak edib. Onun bir sıra beynəlxalq maliyyə qurumlarında və məsləhətçi firmalarda sosial inkişaf, sosial təhlükəsizlik və dayanıqlı inkişaf üzrə 16 illik iş təcrübəsi vardır. Geniş iş təcrübəsi yerli, milli və regional inkişafı əhatə etməklə çoxsektorludur. E.Rüstəmov Azərbaycan, Tacikistan, İsveç və Norveçdə müxtəlif sektorlara və təşkilatlara aid layihələrin icrasında birbaşa cəlb olunub.

9 mart 2021-ci il tarixində saat 14:20-da  təşkil olunacaq seminara https://meet.google.com/ait-grqf-xqj linki vasitəsilə qoşulmaq mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər