“Coca-Cola” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə “Coca-Cola” şirkətinin təchizat sistemləri şöbəsinin müdiri Rəna Məmmədova, İnsan resursları və inzibati işlər müdiri Zarina Seyidova, İnsan Resursları üzrə mütəxəssis Çinarə Məhərrəmova iştirak edib.
Rəna Məmmədova tələbələrə baş ofisi İstanbulda yerləşən və 10 ölkədə fəaliyyət göstərən beynəlmiləl bir içki şirkəti olan “CCİ Azərbaycan Coca-Cola” şirkətinin qazlı və qazsız içkilərinin istehsalı, daşınması və satışı haqqında məlumat verib. Daha sonra İnsan Resursları üzrə mütəxəssis Çinarə Məhərrəmova çıxış tələbələrə “CCI Azərbaycan Menecment Təcrübə Proqramı” üzrə müraciətlərin qəbuluna start verdiklərini və qəbul şərtləri haqqında məlumat verib.
Qeyd edək ki, təcrübə proqramının məqsədi Gündəlik Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, insanlarla yeni əlaqələr qurmaq və iş həyatında tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı yaratmaqdır.
PROQRAMA DAXİL OLAN DEPARTAMENTLƏR
SİZDƏN GÖZLƏNTİLƏR NƏLƏRDİR?
MÜRACİƏT ETMƏK ÜÇÜN
CV-nizi e-mailin mövzu qismində “MT Program – Departamentin adı” qeyd etməklə hr@cci.com.az elektron ünvanına göndərin. (Məsələn: MT Program – Marketing).Son müraciət tarixi 20.05.2019.