Bakı Mühəndislik Universitetində (BMU) BP şirkətinin 2024-cü il üzrə elan etdiyi məzunların işə qəbul, eyni zamanda təcrübə proqramları ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən təşkil olunan tədbirdə mexanika mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, biznesin idarə edilməsi və maliyyə ixtisalarında təhsil alan III və IV kurs tələbələri iştirak ediblər.
BP-nin erkən karyera üzrə baş məsləhətçisi Xədicə İsmayılova, erkən karyera üzrə koordinator Nəzrin Nağıyeva şirkət tərəfindən hazırda icra olunan təcrübə və işə qəbul proqramlarının meyarları, əsas şərt, tələbləri barədə məlumat verib, müvafiq proqramlara müraciət mərhələlərini əyani izah ediblər.
Proqramlarla bağlı müraciətçi təlimatlarını əks etdirən videoçarxların nümayişindən sonra auditoriya ilə diskussiya aparılıb.
Sonra Mexanika mühəndisliyi üzrə mütəxəssis Ziya Hacızadə, Elektrik mühəndisliyi üzrə mütəxəssis Zakir Həsənov öz təcrübələrini tələbələrlə bölüşüblər.
Tədbirin sonunda proqramlar və onların icra prosedurları ilə əlaqədar tələbələrin BP mütəxəssislərinə ünvanladığı suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi