BMU-da “Battle of minds” adlı müsabiqəyə dair infosessiya keçirilib

02 Oktyabr 2024
BMU-da “Battle of minds” adlı müsabiqəyə dair infosessiya keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkı və British American Tobacco (BAT) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Battle of minds” adlı qlobal müsabiqəyə dair infosessiya keçirilib.

Tədbirdə tələbələrə müsabiqədə iştirak prosesi barədə ətraflı məlumat verilib, bacarıqların yarışı məzmunlu bu layihənin yaratdığı imkanlar diqqətə çatdırılıb.

Sessiya zamanı bildirilib ki, müsabiqə tələbə və yeni məzun olub iş həyatına başlayan gənclərin innovativ ideyalarını, strateji düşüncə qabiliyyətlərini və problem həlletmə bacarıqlarını göstərməyə, eyni zamanda öz startaplarını təqdim etməklə sənaye liderləri, potensial işəgötürənlərlə əlaqə qurmaq kimi imkanlar yaradır.

Tədbirdə, həmçinin qalib komandanın öz biznes təşəbbüslərini həyata keçirmək üçün 50 000 funt sterlinq məbləğində investisiya ilə təmin olunacağı da vurğulanıb.

Tələbələrin suallarını cavablandıran BAT nümayəndələri öz innovativ ideyalarına maliyyə dəstəyi əldə etmək istəyən tələbə və məzunları, eləcə də gənc mütəxəssisləri bu müsabiqədə fəal olmağa çağırıb.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: 

https://competition.bat-battleofminds.com/

           İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər