BMU-da “ASAN klub”un fəaliyyət planının təqdimatı olub

08 Noyabr 2019
BMU-da “ASAN klub”un fəaliyyət planının təqdimatı olub

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “ASAN klub”un yeni fəaliyyət planının təqdimatına, eyni zamanda Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə dövlət rəmzlərindən olan bayrağın yaranması və tarixi haqqında məlumat verilib.

“ASAN klub”un sədri Fərid Ələkbərov klubun yaranması və fəaliyyət istiqamətləri haqqında danışıb. O, bildirib ki, klubun əsas məqsədi könüllü tələbələri dövlət strukturlarına və bəzi özəl sektorlara yönləndirmək, həmçinin onların həyatını asanlaşdırmaqdır. Klub sədri tələbələrin əldə edə biləcəyi üstünlüklərə toxunaraq, onların ASAN xidmətə könüllü şəkildə qoşula biləcəyini, göstərdikləri sosial fəallığa görə sertifikat qazanacaqlarını söyləyib. F.Ələkbərov klubda motivasiya kurslarının təşkil olunacağını, fərqli ölkə mədəniyyətlərini həmin ölkəyə getmədən BMU-da görə biləcəklərini qeyd edib.

Digər çıxışlardan və təqdimatlardan sonra konsert proqramı olub. Proqramda tanınmış müğənnilər - Roza Zərgərli, Nihad Məlik və başqaları çıxış ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər