BMU-da “Art of our soul” adlı rəsm sərgisi

12 Noyabr 2019
BMU-da “Art of our soul” adlı rəsm sərgisi

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbələrinin hazırladığı “Art of our soul” adlı rəsm sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd yaradıcı tələbələrin cəmiyyətə təqdim olunması, gələcək ibtidai sinif müəllimlərinə rəsm çəkmə və sərgi keçirmə üsullarının öyrədilməsidir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə təşkil olunan sərgidə universitetin müəllim və tələbə heyəti iştirak edib.

Kağız üzərində quaş ilə boyanan fərqli sənət əsərləri sərgiyə xüsusi rəng qatıb.

Qeyd edək ki, sərgidə 20-yə yaxın müxtəlif kompozisiyalarda çəkilmiş rəsmlər nümayiş olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər