“Biz birlikdə güclüyük!” adlı UniHub Hackathon yarışması keçiriləcək

26 Aprel 2020
“Biz birlikdə güclüyük!” adlı UniHub Hackathon yarışması keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzi, BMU Tələbə Elmi Cəmiyyəti (TEC), ENACTUS BEU” və “Yeni Fikir” komandalarının təşkilatçılığı ilə “Biz birlikdə güclüyük!” adlı UniHub Hackathon yarışması keçiriləcək.

Müsabiqənin əhatə etdiyi mövzular sağlamlıq, həssas əhali, sahibkarlıq, icma, təhsil, əyləncə və digərləridir.

Müsabiqə 28 aprel 2020-ci il tarixində saat 10:00-da BMU Texnopark və İnnovasiya Mərkəzinin feysbuk (https://www.facebook.com/beutechnopark/) səhifəsində  canlı yayımla təşkil olunacaq.

Müsabiqə çərçivəsində keçiriləcək tədbirin sonunda müxtəlif tələbə komandaların qurduqları yeni innovativ biznes layihəsi startap ekosistemindən və universitet alimlərindən olan ekspertlərə təqdim ediləcək. Qalib komanda mükafat olaraq təşkilatçılar tərəfindən e-sertifikat və 3 (və ya 6) aylıq mentorluq və xidməti qazanacaq.

Qeyd edək ki, müsabiqədə iştirak ödənişsizdir və yalnız BMU-dan olan iştirakçılar komanda şəklində qəbul olunacaq. Müsabiqəyə qatılmaq üçün https://forms.gle/LKwKGepS6HmM1nzE8 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır. 

Müsabiqə barədə daha ətraflı məlumatı http://beu.edu.az/az/announcement/biz-birlikde-gucluyuk-adli-unihub-hackathon-yarismasi-kecirilecek-38 linki vasitəsilə əldə etmək mümkündür. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər