Bakıda "Falcons Summit Baku 2019" konfransı keçirilir

24 Aprel 2019
Bakıda "Falcons Summit Baku 2019" konfransı keçirilir

      Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə "Falcons Summit Baku 2019" konfransı işə başlayıb. “Falcons Summit”in məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir. Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib. 3 gün davam edəcək tədbirə 500-dən çox layihə və şirkət meneceri qatılıb.

      Sammitin açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də BP şirkətinin rəhbər şəxsləri çıxış edib.

     Qeyd edək ki, "Falcons Summit Baku 2019" konfransında Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, universitetin prorektorları  dosent Manafəddin Namazov , dosent Elçin Süleymanov, BMU-nun strateji inkişaf şöbəsinin müdiri Saleh Məmmədov, BMU-nun Texnoparkının müdiri Elçin Məmmədov, BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin Biznesin idarə edilməsi kafedrasının dosenti Rasim Abutalıbov iştirak edib.

 

Digər xəbərlər