Bakı Mühəndislik Universitetində Gənc Mühasiblər Klubunun və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mühasibat uçotunun müasir problemləri və həll yolları” mövzusunda “Milli Mühasiblər Forumu” keçirilib.
Açılış nitqilə çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov tələbələrin təhsil müddətində qazandıqları bilik və təcrübələrin onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Daha sonra universitetin Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov çıxış edərək tədbirin tələbələr üçün önəmini vurğulayıb.
Tədbirdə “Milli Mühasiblər Forumu” Təşkilat Komitəsinin sədri Ruslan Atakişiyev, Forumun sədr müavini, Bakı Hesabat Mərkəzinin direktoru, sərbəst audit Mehdi Babayev, BMU-nun Mühasibat uçotu və audit kafedrasının müdiri, dosent Firudin Sultanov, “Barattson” şirkətinin dirtektoru Elşən Rəhimov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev, Mühasibat uçotu və audit, Maliyyə və digər iqtisadyönümlü ixtisaslarda təhsil alan tələbələrlə öz təcrübələrini və məsləhətlərini bölüşüblər.
Sonda spikerlər tərəfindən ünvanlanmış suallara düzgün cavab verən tələbələr hədiyyələrlə təltif olunublar. Qeyd edək ki, müsabiqədə BMU-nun 3 tələbəsi Bakı Hesabat Mərkəzində təcrübə şansı qazanıb.