Tədbirdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Aqrar Könüllülər Təşkilatının rəhbəri Sarvan Cəbrayılzadə və Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səid Mahmudov iştirak edib.
Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru dosent Bayram Hüseynzadə Prezident İlham Əliyevin ölkəmizdə fəaliyyət göstərən könüllülərin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini və BMU tələbələrinin də bu şərəfli işdə iştirakından danışıb.
Aqrar Könüllülər Təşkilatının rəhbəri S.Cəbrayılzadə çıxışında bildirib ki, bu hərəkat aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerlərin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, həmçinin gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. O, könüllülərin fəaliyyət sahələri və missiyası haqqında da ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, tədbir BMU–nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə keçirilib.
Aqrar Könüllülər Təşkilatına üzv olmaq üçün aşağıda verilən link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.