Bakı Mühəndislik Universiteti tələbələrinin təcrübə proqramlarının təşkili məqsədi ilə yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərlə əlaqələrini davam etdirir. Bu məqsədlə ölkəmizdə fəaliyət göstərən "Aselsan-Bakü" şirkətinin direktoru Özgür Kürüm və İşlər müdiri Rəna xanım universitetin Karyera planlama şöbəsində olublar. Görüşün məqsədi universitetin yuxarı kurs mühəndislik fakültəsinin bakalavr və magistr tələbələrini Aselsan şirkətində təcrübə proqramlarına cəlb etməkdir. Təcrübə proqramını uğurla keçən tələbələr işlə təmin olunacaqlar.
Qeyd edək ki, Aselsan şirkəti 1975-ci ildə, Türk Silahlı Qüvvələrinin rabitə sistemi ehtiyaclarının qarşılanması məqsədi ilə, Türk Silahlı Qüvvətləri Gücləndirmə Fondu tərəfindən yaradılmışdır. Aselsan A.Ş.-nin hal-hazırda, Ankarada 3 ayrı fabriki fəaliyyət göstərir. Şirkət Rabitə, Elektro Optik, Aviyonik, Radar, Elektronik Hərb, Silah Sistemləri, Təhlükəsizlik, Nəqliyyat İntelektual Mərkəzləri, Avtomatlaşdırma və Enerji sahələrində 1 milyard dollardan artıq satış həcmi ilə Türkiyə də ən böyük, dünyada isə 52-ci sırada yerləşir.