Azərbaycan komandaları “XIII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə iştirak edib

30 May 2019

    24-27 May 2019-cu il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetinin bazasında “XIII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya Federasiyasının və Ukraynanın bir neçə şəhərində keçirilib. Müsabiqədə Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstandan olan məktəblilər, tələbələr və veteranlar (ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib.

Müsabiqədə Azərbaycan 2 ali təhsil müəssisəsindən 3 komanda və 2 məktəblilər komandası ilə təmsil olunub:

-   Bakı Mühəndislik Universiteti – 2 komanda (6 tələbə) – komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı müsabiqədə iştirak ediblər.

    Qeyd edək ki, 25 May tarixində keçirilən Komanda müsabiqəsində 119 komanda iştirak edib. İştirakçılara 5 saat ərzində 12 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

   26 May tarixində fərdi müsabiqə keçirilib. Fərdi müsabiqədə 124 nəfər iştirak edib. İştirakçılara 5 saat ərzində 9 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.

     27 May tarixində müsabiqəninin nəticələri elan edilib və mükafatlandırma mərasimi keçirilib.

 

Komanda müsabiqəsinin nəticələrinə görə:

-     Baku EU 1 (Rəşad Məmmədov, Ülvi Aslanlı, Nicad Hüseynov) - II dərəcəli diplom

-     Baku EU 2 (Əyyub Nəcəfzadə, Zəkəriyyə Zəkəriyyəli, Kamil Əliyev) – fərqlənmə sertifikatı

-     SCH_Baku Aze_School1 – (Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə) - II dərəcəli diplom

-     SCH_Baku Aze_School2 – (Əziz Hüseynov, Azelma Ağakişiyeva, Amin Cəlilov) - Yüksək nailiyyət sertifikatı ilə təltif olunublar.

Digər xəbərlər