ACCA Ukrayna və Qafqaz ölkələri ofisinin əməkdaşları BMU-da olub

24 Oktyabr 2019
ACCA Ukrayna və Qafqaz ölkələri ofisinin əməkdaşları BMU-da olub

     ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Ukrayna və Qafqaz ölkələri ofisinin rəhbəri Zanetta Onyshschuk, regional inkişaf menecerləri-Victoria Volotovska və Denys Shchur Bakı Mühəndislik Universitetində (BMU) olub.

    BMU-nun Mühasibat uçotu və audit kafedrasının müdiri, dosent Firudin Sultanov qonaqları universitetdən görməkdən mıəmnunluğunu bildirib. O,     İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə görüşün əhəmiyyəti barədə danışıb.  Sonra qonaqlar ACCA-nın fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat veriblər.  Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.

    Qeyd edək ki, ACCA (the Association of Chartered Certified Accountants) İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası peşəkar mühasiblərin qlobal təşkilatıdır. Bu assosiasiya mühasibat, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq arzusunda olan insanlar üçün biznes yönümlü sertifikasiya proqramı təklif edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

Digər xəbərlər