7 nüfuzlu universitetdən qəbul alan BMU məzunu təhsilini Varvik Universitetində davam etdirəcək

14 Avqust 2025
7 nüfuzlu universitetdən qəbul alan BMU məzunu təhsilini Varvik Universitetində davam etdirəcək

Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının 2025-ci il üzrə məzunu Nihat Məmmədov tam dövlət təqaüdü ilə dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanıb. O, həm “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həm də Macarıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

BMU məzunu Böyük Britaniyanın Varvik, Bristol, Qlaszqo, Şeffield London Queen Mary Universiteti, Litva Respublikasının Kaunas Texnologiya Universiteti və Macarıstanın Eotvos Lorand Universitetindən (ELTE) qəbul alıb.

Nihatın son seçimi Varvik Universiteti olub və o, magistratura səviyyəsində təhsilini “Data Analytics” ixtisasında davam etdirəcək.

Qeyd edək ki, Nihat Məmmədov BMU-nu yüksək göstərici ilə (oratalama 90 bal) bitirib, IELTS imtahanında 8 bal toplayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər