Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin ediləcək.
Bununla bağlı oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar qəbul edilib.
Qərarın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://nk.gov.az/az/document/4887
İctimaiyyətlə əlaqələr şöbəsi