Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin diqqətinə çatdırırıq ki, yataqxana qeydiyyatı 28 avqust-05 sentyabr 2024-cü il tarixləri arasında online şəkildə aparılacaq.
Tələbələr aşağıdakı məlumatları qeyd olunan müvafiq elektron poçt ünvanlarına (oğlanlar yataqxanası - rmikayilov@beu.edu.az, qızlar yataqxanası - tqulamova@beu.edu.az) göndərməlidirlər:
- ad, soyad, ata adı;
- fakültə və kurs;
- faktiki yaşayış ünvanı;
- əlaqə nömrəsi.
Qeyd: yataqxanaya qeydiyyat zamanı şəhid ailəsinin üzvü, Qarabağ müharibəsinin iştirakçısı olan şəxslərə üstünlük verilir.
Əlavə məlumat üçün əlaqə telefonları:
Oğlanlar yataqxanası: (050) 430 09 79
Qızlar yataqxanası: (055) 809 57 77