Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamenti tələbələr üçün "Karyera brendini yarat" başlığı altında növbəti təlim təşkil edəcək.
Təlim zamanı iş dünyasının uğurlu şəxsləri gənc nəslin nümayəndələri ilə öz təcrübələrini bölüşərək biznes yönümlü mövzularda fikir mübadiləsi aparacaq. Eyni zamanda iştirakçılara iş həyatında olan çətinliklərin öhdəsindən gəlmək, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və biznes strategiyalarını kəşf etmək kimi mühüm istiqamətlərdə məsləhətlər veriləcək.
Tədbir 6 mart saat 12:00-da BMU Əsas bina Akt zalında keçiriləcək.
Qeydiyyat üçün link: