Tələbələrin nəzərinə: BMU-da “Hrcell” şirkətinin rəhbəri ilə görüş keçiriləcək

17 Aprel 2023
Tələbələrin nəzərinə: BMU-da “Hrcell” şirkətinin rəhbəri ilə görüş keçiriləcək
  • Düzgün CV necə hazırlanır?
  • Motivasiya məktubunu necə yazmalısan ki, işəgötürəni cəlb edə biləsən?
  • Ən yaxşı işi necə və haradan tapa bilərsən?
  • Hələ də “LinkedIn” hesabın yoxdur?
  • Vakansiyalara göndərdiyiniz CV-lərə hələ də cavab gəlməyib?

 Bu və digər suallarınızın cavabını təlimdə iştirak edərək öyrənə bilərsiniz.  Belə ki, 19 aprel 2023-cü il tarixində saat 11:00-da “Hrcell” şirkətinin rəhbəri Ağahüseyn Əliyev ən yaxşı CV hazırlanması və digər mövzularda təlim vermək üçün üçün Bakı Mühəndislik Universitetində sizlərlə görüşə gəlir. Əgər CV-nizə şirkətlərdən hələ də cavab gəlmirsə, CV-nizi də mütləq özünüzlə gətirin. Səhvləri birlikdə tapıb düzəldək.

 Qeydiyyat linki: https://forms.gle/rzRxTHpRzemDyzc66

 Ünvan: Bakı Mühəndislik Universiteti, Əsas bina, otaq 128A.

Digər elanlar