Aprelin 12-də Bakı Mühəndislik Uiversitetində (BMU) Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə yaradılmış DEFAGE platforması və Bootcamp proqramı ilə bağlı infosessiya keçiriləcək.
DEFAGE-müdafiə sənayesində innovativ texnologiyaların inkişafı və yüksək ixtisaslı insan kapitalının formalaşdırılması məqsədilə yaradılmış yeni platformadır. Layihə ölkənin müdafiə sənayesində yerli mütəxəssislərin iştirakını artırmaq və texnoloji potensialı gücləndirmək məqsədi daşıyır.
İnfosessiya çərçivəsində iştirakçılara DEFAGE platforması və Bootcamp proqramı barədə geniş məlumat veriləcək. Bununla yanaşı, seçim meyarları, iştirak imkanları, təlim proqramının detalları və təqdim edilən karyera perspektivləri iştirakçılara təqdim olunacaq.
Tədbir müdafiə sənayesində peşəkar karyera qurmaq istəyən tələbələr və gənc mühəndislər üçün unikal fürsətdir.