Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin 2025-ci il üzrə elan etdiyi “Tələbələrin işə qəbul, təcrübə, bp-ni kəşf et proqramı” ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək.
Oktyabrın 22-də saat 13:00-da universitetin Yeni Bina Akt zalında təşkil olunacaq tədbirdə proqramlarda iştirakla bağlı ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak etmək üçün 22 oktyabr 2024-cü il tarixinədək qeydiyyat formasını doldurmaq xahiş olunur:
Qeydiyyat linki: https://forms.gle/vM3dpKTaAB3tW6zN9
Tədbir zamanı dərs vaxtlarına düşən aşağıdakı ixtisasların və kursların tələbələri yalnız qeydiyyatdan keçərək tədbirdə iştirak etdiyi halda dərslərindən onlar üçün icazə alınacaq:
2025-ci ildə məzun olacaq 4-cü kurs tələbələri
Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
2026-cı ildə məzun olacaq 3-cü kurs tələbələri
Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi,
Elektrik və elektronika mühəndisliyi,
Proseslərin avtomatlaşdırılması mühəndisliyi,
Kimya mühəndisliyi
2027-ci ildə məzun olacaq 2-ci kurs tələbələri
Mexanika mühəndisliyi, Mexatronika mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Proqramlarda iştirak üçün əsas tələblər:
- Məzun və tələbənin Azərbaycan vətəndaşı olması,
- İngilis dili biliyinin olması,
- Ortalama balının 75+ olması.
bp-nin elan etdiyi proqramlara müraciətlə bağlı bütün namizədlər www.bp.com/grads/az ünvanından istifadə edəcək və ya QR kodunu skan edəcək.
Müraciətlər hazırda açıqdır və 2 dekabr 2024-cü ildə bağlanacaq.
Tələbələrin proqram, seçim prosesi haqqında məlumat alacaqları və müvafiq fənlərin nümayəndələri ilə danışacaqları Insight DAY təşkil ediləcək. Tədbir oktyabrın 31-də JW Marriott otelində baş tutacaq. Eyni zamanda xaricdə təhsil alan və ya tədbirdə iştirak edə bilməyənlər üçün virtual sessiyalar təşkil ediləcək!
Sizin üçün ən uyğun sessiyanı seçmək və qeydiyyatdan keçmək üçün https://go.bp.com/GrFmb saytına daxil olun və ya aşağıdakı QR kodu skan edin!
Qeyd: məzun ili
- 2023, 2024 və 2025-ci tədris illərinin məzunları işə qəbul proqramına müraciət edə bilərlər;
- 2026-cı tədris ilinin məzunları təcrübə proqramına müraciət edə bilərlər;
- 2027-ci tədris ilinin bakalavr məzunları kəşf həftəsi proqramına müraciət edə bilərlər.