Bakı Mühəndislik Universitetində (BMU) Azercell şirkətinin HR mütəxəssisləri ilə tələbələrin görüşü təşkil olunacaq. Görüşdə Azercell-də karyera imkanları, işə qəbul qaydaları, təcrübə proqramları və təqaüd proqramları haqqında məlumat veriləcək.
Tədbirdə HR mütəxəssisləri ilə birbaşa əlaqə quraraq Azercell-də necə işə başlamaq, mövcud vakansiyalar, şirkətdə inkişaf perspektivləri, təhsil və şəxsi inkişaf üçün şirkətin təqdim etdiyi xüsusi təqaüd proqramlar barədə dolğun informasiyalar əldə edə biləcəksiniz.
23 dekabr tarixində, saat 14:00-da BMU-nun rektorluq binasının akt zalında baş tutacaq tədbirdə iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək xahiş olunur: