Tələbələrin nəzərinə!

28 Sentyabr 2023
Tələbələrin nəzərinə!

 

Tələbələr arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş “Söz duyğusu, sənət sevdası” devizi altında ümumrespublika bədii qiraət müsabiqəsi keçiriləcək. Müsabiqə bədii qiraət sahəsində istedadlı tələbələri müəyyənləşdirmək və stimullaşdırmaq məqsədilə təşkil olunur.

 Müsabiqənin təşkili və keçirilmə qaydaları

 Nizami, M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, H.Cavid, C.CabbarIı, M.Müşfiq, S.Vurğun, S.Rüstəm, M.Şəhriyar, R.Rza, M.Yaqub N.Xəzri, M.Araz, N.Həsənzadə, F.Qoca, B.Vahabzadə, Ə.Kərim, C.Novruz, Z.Yaqub, V.SəmədoğIu, R.Rövşən və digər tanınmış Azərbaycan şairlərinin əsərlərindən nümunələr təqdim olunmalıdır.

 1.Müsabiqə iki istiqamət üzrə keçiriləcəkdir:

     I - ADMİU-nun tələbələri arasında (bakalavr, magistr və məzun)

     II - Respublikanın digər ali məktəb tələbələri arasında.

1.1. Müsabiqənin keçiriləcəyi tarix:

     I mərhələ- 20-25 noyabr 2023 -cü il

     II mərhələ - 25-30 noyabr 2023 - cü il

1.2. Müsabiqə iştirakçılarının yaş həddi:

     17 - 25 yaş

1.3. Müsabiqənin keçirilməsi qaydaları:

     I mərhələnin proqramı:

     1. Heca və sərbəst vəzndə yazılmış şeirlər

      II mərhələnin proqramı:

     2. Əruz, sərbəst va heca vəznlərində yazılmış şeirlər

1.4. Tələb olunan sənədlər:

     Ali təhsil müəssisəsinin rəsmi sənədi Şəxsiyyət vəsiqəsinin surəti Yaradıcılıq tərcümeyi-halı

     Proqram (Təfərrüatı ilə yazılmalı, ifa müddəti qeyd olunmalıdır)

2.Qaliblərin müəyyənləşdirilməsi va mükafatlandırılması

2.1. Qaliblər 10 ballıq sistem üzrə aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:

1. Nitqin aydınlığı, səlisliyi va ifadəliliyi;

2. Vəznlərin tələblərinə riayət edilməsi;

3. Seçilmiş şeirin məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi;

4. Təqdimetmə bacarığı və sənətkarlıq keyfiyyətlərinin nümayiş etdirilməsi, ifa üçün ayrılmış vaxta (5 - 7 dəqiqə, hər iki mərhələ üçün) riayət edilməsi.

 

2.2. Qaliblərin mükafatlandırılması

     I, II, III yerlərin sahibi diplom va pul mükafatları ilə, digər iştirakçılar sertifikatla təltif olunacaqlar.

 

3. Müsabiqənin keçiriləcəyi səhnələr:

     3.1. ADMİU.

 

     Böyük səhnə

 

     Kiçik səhnə

 

     Müsabiqənin yekunu (qaliblərin mükafatlandırılması, Qala konsert Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir)

 

4. Müsabiqənin elektron ünvanı

 

     Son qeydiyyat tarixi: 18 noyabr 2023-cü il (sənədlər aşağıdakı e-mail ünvanına göndərilməlidir)

 

     sahna.danishigi@admiu.edu.az

 

     Əlavə məlumat üçün əlaqə telefonu: (012) 599-00-54; (055) 212-61-30

 

Sifariş forması

 

N

 

İştirakçının adı,soyadı va ata adı

 

Təmsil etdiyi

ali məktəbin adı

 

     Yaş

 

İfa edəcəyi mətnin adı

 

İştirakçının əlaqə telefonu

1.

 

 

 

 

 

2.

 

 

 

 

 

 

- İştirakçının foto şəkli

 

Digər elanlar