Tələbələrimizin nəzərinə!

18 Oktyabr 2022
Tələbələrimizin nəzərinə!

Cari ilin 5-9 dekabr tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022" keçiriləcək. Bakı Ekspo Mərkəzində baş tutacaq festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.

Ümumi məlumat:

1.  Müsabiqəyə bir layihə rəhbəri və üç tələbə olmaqla, dörd nəfərdən ibarət komandalar qatıla bilər. Layihə rəhbərinin eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik etməsi mümkündür. Bundan başqa, hər şagird yalnız bir komanda tərkibində istirak edə və yalnız bir kateqoriya üzrə yarışa bilər.

2.   Müsabiqəyə 17-22 yaşlı tələbələr qoşula bilərlər.

3.   Qeydiyyat (https://saf.steam.edu.az/az/registration/105) 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək.

4.   Qeydiyyat bitdikdən sonra komandalara seçim mərhələləri haqqında məlumat veriləcək.

5.  Müsabiqə haqqında ətraflı məlumat və qaydalar ilə https://saf.steam.edu.az/az saytında tanış ola bilərsiniz.

 

Digər elanlar