“Norm” ASC tələbələr üçün “Xüsusi inkişaf və mentorluq” proqramı elan edir. Proqram “Norm” ASC ilə memorandum imzalamış universitetlərin tələbələri üçün şəxsi və peşəkar inkişaf, nəzəri biliklərini sənayedə tətbiqetmə imkanı, iş mühitində peşəkar əlaqələrin qurulması da daxil olmaqla, bir neçə məqsədi daşıyır.
Proqramın əsas hədəflərindən biri də tələbələri gələcək təhsil və iş sahələrində əhəmiyyətli töhfələr verəcək liderlər və ekspertlər kimi hazırlamaqdır.
Tələbələr bu proqramdan nə əldə edəcəklər?
- Mentorluq proqramı;
- “Norm” ASC tərəfindən təşkil olunan təcrübə proqramlarında iştirak imkanı;
- Peşəkar təlimlərdə, kurslarda və sənayeyə aid proqramlarda iştirak imkanı;
- Daxili potensial iş imkanlarından yararlanmaq imkanı.
Müraciət şərtləri:
Aşağıdakı universitetlərdə təhsil alan 3-cü kurs tələbələri: (ÜOMG min 85)
- BMU
- Xəzər
- ADNSU
- BANM
- UNEC
Müraciət sahələri:
- Mexanika və təmir mühəndisliyi
- SƏTƏM mühəndisliyi
- İnsan resursları və administrativ işlər
- İnşaat mühəndisliyi
Seçim prossesi yazılı test (ingilis dili, məntiq, dünyagörüşü), müsahibə və onlayn qiymətləndirmə mərhələlərindən ibarətdir.
Aşağıdakı link vasitəsi ilə müraciət edə bilərsiniz.
https://norm.az/career/proqramlar/applicant-information/?id=6
Müraciət etmək üçün son tarix – 03.03.2024